2026-11-16

GLC AIREX 2026 Beynəlxalq Sərgisində İştirak Etdi

Müəllif : Admin Admin
GLC AIREX 2026 Beynəlxalq Sərgisində İştirak Etdi

Grand Logistics Center (GLC) 4–6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən AIREX 2026 Beynəlxalq Sərgisində iştirak edib.

Sərgi çərçivəsində GLC özünün müasir anbar infrastrukturu, kompleks 3PL logistika həlləri və geniş xidmət imkanlarını təqdim edib. Şirkət nümayəndələri logistika, təchizat zəncirinin idarə edilməsi və nəqliyyat sektorunun nümayəndələri ilə görüşlər keçirərək mövcud əməkdaşlıq imkanlarını müzakirə ediblər.

GLC-nin təqdimatında anbar sahələrinin icarəsi, gömrük xidmətləri, beynəlxalq və daxili yükdaşımalar, sifarişlərin idarə edilməsi və distribusiya xidmətləri əsas yer tutub.

AIREX 2026 GLC üçün sektorun aparıcı iştirakçıları ilə əlaqələrin genişləndirilməsi, yeni işgüzar tərəfdaşlıqların qurulması və logistika bazarındakı yeniliklərin izlənilməsi baxımından əhəmiyyətli platforma olub.

Grand Logistics Center müasir infrastrukturu və inteqrasiya olunmuş logistika xidmətləri ilə bizneslərin təchizat zənciri ehtiyaclarına etibarlı həllər təqdim etməyə davam edir.

  • Paylaş: